18 Fevral 2018
Bazar günü

ATV-nin tanınmış idman aparıcısı həmkarını belə təbrik etdi

İdman      14.02.2018 10:05

Bu gün ATV-nin idman aparıcısı Sənan Şəfizadənin doğum günüdür. ATV.az-ın məlumatına görə onun həmkarı, ATV telekanalının İdman proqramlarının redaktoru, yumor hissi ilə məşhur olan  İlkin Xəlilov özünəməxsus tərzdə onu təbrik etdi.Sosial şəbəkədə artıq "patrtlayış" yaratmış bu təbrikin tam mətninini oxucularımıza təqdim edirik

"Onun haqqında yazılanlar;
1) “Qobustan qayaları üzərindəki rəsmlərdə ovçu və döyüşçü rəsmləri ilə yanaşı, əlində mamont buynuzu tutaraq ov ətinin bölüşdürülməsi mərasimində aparıcılıq edən bəstəboy bir oğlanın da surəti çəkilmişdi” (Naməlum müəllif, “qədim dünya tarixi” kitabı).
2) "Allahlar Allahı Zevs Promoteyi Qaf dağına od ardınca göndərmişdi. O isə qədim Ellin torpağına gur səsi olan qara bir oğlanı gətirdi" (Herodot, "Tarix" kitabı).
3) )“Döyüşün əvvəlində Tusi ibn Buğanın qoşunu xürrəmiləri sıxışdırmışdı. Tərxanın oxçu dəstəsi mühasirəyə alınmış, Azinin atlıları əsas qoşundan ayrı salınmışdı. Birdən o qara, həbəşə oxşayan oğlanın bağırtısı Həmədan civarında əks-səda verdi. O “ən böyük Babək, başqa böyük yox”, “xürrəmilər, irəli!!!” deyə necə qışqırdısa, kafirlərə sanki qol-qanad verildi. Azğınlaşmış kafirlər qısa müddətdən sonra Tusinin ordusunu darmadağın etdilər.Onların bu qələbəsində əsas rolu Allahın lənətinə gəlmiş, həmin o qara həbəş oynadı, inanmıram ki, o lənətülbillah xürrəmilərdən ola...”. (Ərəb tarixçisi Əl Təbəri, 829-cü il Həştadsər döyüşü haqda qeydlərindən).
4) “488-ci ildə Qafqaz Albaniyasında ilk dəfə Aquyen kilsə məclisi çağrılanda aparıcılıq edən məhz o idi” (Moisey Kalankatlı, “Alban ölkəsinin tarixi” əsəri”.
5) "Kardeş Azerbaycanda Sanan Shafizade fırtınası başlıyor" (Türkiyənin "Milliyet" qəzeti).6) انقلاب اسلامی را فراهم ساخت و قانون اساسی که ,(Misirin "Əl-Əxbar" qəzeti) .
Onun haqqında deyilənlər;
1) 600 sənəlik Osmanlının tarixinə bakın. Muradlar, Mehmetlet, Fatihler - her birinden kaç tane. Ama onlardansa tek bir Sanan olsaydı, ne mutlu idi bize (sonuncu Osmanlı sultanı Əbdülhəmid)
2) Mən Yıldırım Bəyazidə qalib gəlmək üçün ilk öncə onun carcısı, hər səhər İstanbul sokaklarında "duyduk-duymadık" deyib sultanın fərmanlarını elan edən o qara oğlanı aradan götürdüm. (Əmir Teynur)
3) Dünyaya 2-ci dəfə gəlib, ruslarla bir daha müharibə etsəydim, ilk əvvəl Bakı neftini yox, o bakılı aparıcını ələ keçirməyə çalışardım (Adolf Hitler).
4) Eşitdiyimə görə onun səsi Bakıda azan səsini eşidilməz edir, ona görə onu İslamın düşməni elan edirəm və ölümünə fətva verirəm (İŞİD lideri Əl-Bağdadi) 
5) Bakının açarlarını verməsi üçün biz ona minlərlə tümən, qızıl, var dövlət vəd verdik. O isə bunların hamısını rədd edib bizdən Peterburqda çar sarayında aparıcılıq etmək üçün bir neçə tədbir istədi. (Rus generalı Pavel Sisianov).
6) Bəlkə də Azərbaycanda nə vaxtsa heç bir şahmat turniri keçirilməyəcək, amma mən Sənanı görmək üçün yenə Bakıya səfər edəcəm (FİDE prezidenti Kirsan İlümjinov)
7) Bakıda olanda mənlə şəkil çəkdirmək üçün elə bir fənd işlətdi ki, mənim 20 il futbol meydanlarında etdiyim bütün fənd və driblinqlər onun yanında heç nə idi. (Ronaldinyo) 
8) Gürcüstan prezidenti olduğum dövrdə ətrafımda çox yox, bircə Sənan Şəfizadə olsaydı, indi Ukraynada başıma torba keçirib məni urvatsız eləməzdilər (Mixeil Saakaşvili).
**
Bu cür insanların dediklərindən, o cür mənbələrin yazdıqlarından sonra biz nə deyə, nə yaza bilərik ki?? Səndən ən dilxor vaxtımda da o qədər enerji almışam ki, əgər bunu əvəzini işıq pulu kimi hər ay ödəsəm, ömürümün sonuna kimi ödəyib qurtara bilmərəm)))Dogum günün mübarək, Sənan. Səsin həmişə gur gəlsin. Allah səni və sevdiklərini hər zaman qorusun. Birlikdə neçə belə illərə!!!"

ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ