21 Fevral 2018
Çərşənbə

"Real" - "PSJ" qarşıdurması - Klubların məşhur azərbaycanlı azerkeşləri proqnoz verdi

İdman      14.02.2018 18:45

Bu axşam Çempionlar Liqası həyacanı davam edəcək. Sözsüz ki gecəcənin ən maraqlı qarşılaşması "Real" - "PSJ" oyunu olacaq. ATV.az bu qarşudurmaya klubların məşhur azərbaycanlı azarkeşlərindən proqnoz almaq istədi. 

"PSJ"-in ən tanınmış azarkeşi olan  "MGP" şirkətinin rəhbəri Murad Dadaşov saytımıza belə açıqlama verdi:

Parislilər hazırda çox gözəl formadadırlar.İnanıram ki, səfər oyunu olsa belə onlar "Real" məğlub etmək gücündədir. Oyunun maraqlı keçəcəyinə və "PSJ" qələbəsinə əminəm. Hesab 2:1 sevimli klubumn xeyrinə olacaq!"

"Real" ən stajli və ığın azarkeşlərindən biri olan məşhur "Bolşoy prazdnik"  şirkətinin rəhbəri Emin Cəfərov isə başqa fikirdədi:

Bəli hesab 2:1 olacaq- amma bizim, yəni "Real"ın xeyrinə! Əlbəttə, cəmi bir il bundan öncə bu qarşılaşma baş tutsaydı, mən ən azından 3:0 deyərdim. Lakin, nəzərə alsaq ki madridlilər indi bir sıra problemlər ucbatından o qədər də gözəl oyun göstərə bilmirlər, onların qələbəsi minimal hesablı olacaq"

Bizə isə oyunu gözləmək qalır. Xatırladaq ki, matç bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

ATV.az

 


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ