19 Yanvar 2018
Cümə

Dünyanı qarışdıran - 25 kəlam

Tam məxfi      21.05.2015 15:48

Bu 25 bənd­lik Proq­ram­ Adolf Hitlerin “Mənim savaşım”ı yazdığı illərdən xeyli əvvələ təsadüf edir. 24 bənd­lik bu məş­hur ma­ni­fest 1920-ci il no­yabr ayı­nın 10-da Adolf Hit­ler və An­ton Drex­ler tə­rə­fin­dən tər­tib olu­nub. Son­ra­lar Hit­ler "Mə­nim Sa­va­şım"da ya­za­caq­dı: "NSDAP-ın bu Proq­ra­mı iki min­lik küt­lə­nin qar­şı­sın­da oxun­du­ğu za­man, hər bir bənd ay­rı-ay­rı­lıq­da möh­tə­şəm al­qış­lar­la qar­şı­lan­dı".

Proq­ram

1. Biz mil­lə­tin öz mü­qəd­də­ra­tı­nı tə­yin et­mə hü­qu­qu əsa­sın­da bü­tün Al­ma­ni­ya­nın Bö­yük Al­ma­ni­ya ilə bir­ləş­mə­si­ni tə­ləb edi­rik.

2. Biz al­man mil­lə­ti­nə baş­qa mil­lət­lər­lə bə­ra­bər iş­bir­li­yi hü­qu­qu, Ver­sal və Mü­qəd­dəs Al­ma­ni­ya sülh mü­qa­vi­lə­lə­ri­nin ləğ­vi­ni tə­ləb edi­rik.

3. Biz adam­la­rı­mı­zı do­yur­maq, əla­və əha­li­mi­zi yer­ləş­dir­mək üçün tor­paq və əra­zi tə­ləb edi­rik.

4. Yal­nız mil­lə­tin üzv­lə­ri Döv­lə­tin və­tən­daş­la­rı ola bi­lər­lər. Mil­lə­tin üzv­lə­ri al­man qa­nı­na, al­man dü­şün­cə­si­nə ma­lik olan­lar­dır, de­mə­li, yə­hu­di - mil­lə­tin üz­vü ola bil­məz.

5. Qey­ri-və­tən­daş­lar Al­ma­ni­ya­da yal­nız qo­naq ki­mi ya­şa­ya bi­lər­lər və on­lar əc­nə­bi­lər üçün qa­nun­la­ra ta­be ol­ma­lı­dır­lar.

6. Döv­lət­də və qa­nun­ve­ri­ci­lik­də səs­ver­mə hü­qu­qu yal­nız Döv­lə­tin və­tən­daş­la­rı­na mən­sub ol­ma­lı­dır. Ona gö­rə, biz tə­ləb edi­rik ki, is­tər Reyx­də, is­tər­sə də hər han­sı əya­lət­də­ki rəs­mi tə­yi­na­ta yal­nız Döv­lə­tin və­tən­daş­la­rı səs ver­sin­lər.

7. Biz tə­ləb edi­rik ki, döv­lə­tin bi­rin­ci və­zi­fə­si öz və­tən­daş­la­rı­nı on­la­rın ya­şa­mı üçün la­zı­mi va­si­tə­lər­lə tə­min et­mək ol­sun. Əgər bü­tün əha­li­ni tə­min et­mək müm­kün de­yil­sə, o za­man əc­nə­bi­lər ta­ma­mi­lə Reyx­dən çı­xa­rıl­sın­lar. Biz heç bir ba­ca­rıq nə­zə­rə alın­ma­dan, yal­nız və­zi­fə­lə­ri dol­dur­maq üçün hə­ya­ta ke­çi­ri­lən poz­ğun par­la­ment ənə­nə­si­nə qar­şı çı­xı­rıq.

8. Bü­tün qey­ri-al­man im­miq­ra­si­ya­sı ara­dan gö­tü­rül­mə­li­dir. Biz tə­ləb edi­rik ki, 1914-cü il av­qust ayı­nın 2-dən son­ra Rey­xə gəl­miş qey­ri-al­man­lar­dan dər­hal Reyx əra­zi­si­ni tərk et­mək tə­ləb olun­sun.

9. Bü­tün və­tən­daş­lar ey­ni hü­quq və mə­su­liy­yə­tə ma­lik ol­ma­lı­dır­lar.

10. Hər bir və­tən­da­şın bi­rin­ci və­zi­fə­si fi­zi­ki, ya­xud əq­li əmək­lə məş­ğul ol­maq ol­ma­lı­dır. Fər­din hə­rə­kət­lə­ri ümu­mi ma­raq­la toq­quş­ma­lı de­yil, an­caq fər­di ma­raq­lar da ic­ti­ma­iy­yə­tin hər han­sı struk­tu­ru­nun ma­raq­la­rın­dan qı­ra­ğa çıx­ma­ma­lı­dır.

Ona gö­rə də, tə­ləb edi­rik:

11. Ba­şa çat­ma­yan iş­lə­rin ver­gi­lə­ri­nə son qo­yul­sun.

12. Hər han­sı mü­ha­ri­bə döv­rün­də xalq çox­lu say­da in­san­la­rı­nı və şəx­si mül­kü­nü itir­di­yi üçün mü­ha­ri­bə­dən var­lan­ma mil­lət əley­hi­nə ci­na­yət ki­mi qiy­mət­lən­di­ril­sin. Ona gö­rə bü­tün hər­bi gə­li­rin aman­sız şə­kil­də mü­sa­di­rə olun­ma­sı­nı tə­ləb edi­rik.

13. Biz kor­po­ra­si­ya­lar şək­lin­də bir­ləş­miş bü­tün biz­ne­sin mil­li­ləş­di­ril­mə­si­ni tə­ləb edi­rik.

14. Biz bö­yük sə­na­ye mü­əs­si­sə­lə­rin­də ayı­rı­cı gə­li­rin bər­qə­rar ol­ma­sı­nı tə­ləb edi­rik.

15. Biz hər bir və­tən­da­şa ahıl yaş­la­rı bo­yu ge­niş sı­ğor­ta tə­ləb edi­rik.

16. Biz sağ­lam or­ta tə­bə­qə ya­ra­dıl­ma­sı­nı tə­ləb edi­rik.

17. Biz mil­lə­tin tə­ləb­lə­ri­nə və mə­na­fe­yi­nə uy­ğun gə­lən tor­paq is­la­ha­tı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nin, kom­mu­nal məq­səd­lər üçün alı­nan tor­paq­la­ra kom­pen­sa­si­ya ve­ril­mə­si­nin, tor­pa­ğa ica­rə haq­qı alın­ma­sı­nın və tor­paq al­ve­ri­nin qa­da­ğan olun­ma­sı­nı tə­ləb edi­rik.

18. Biz ümu­mi ma­raq­la­ra zi­yan vu­ran hər kə­sə qar­şı ci­na­yət tə­qi­bi açıl­ma­sı­nı tə­ləb edi­rik. İr­qin­dən ası­lı ol­ma­ya­raq, ci­na­yət­kar­lar, rüş­vət­xor­lar, sə­ləm­çi­lər ölüm­lə cə­za­lan­dı­rıl­ma­lı­dır­lar.

19. Biz dün­ya­nın mad­di tə­ləb­lə­ri­nə xid­mət edən Ro­ma qa­nu­nu­nun ümumal­man qa­nu­nu ilə də­yiş­di­ril­mə­si­ni tə­ləb edi­rik.

20. Döv­lət hər bir ba­ca­rıq­lı və zəh­mət­keş al­ma­nın qar­şı­sın­da ali təh­sil al­maq, irə­li­lə­mək üçün pers­pek­tiv­lər aça­caq mil­li təh­sil sis­te­mi­mi­zin ta­ma­mi­lə ye­ni­dən qu­rul­ma­sı mə­sə­lə­si­nə bax­ma­lı­dır. Bü­tün təh­sil mü­əs­si­sə­lə­rin­də təd­ris plan­la­rı ta­ma­mi­lə prak­tik hə­ya­tın tə­ləb­lə­ri ilə uy­ğun­laş­dı­rıl­ma­lı­dır. Mək­tə­bin məq­sə­di o ol­ma­lı­dır ki, adı­nı yaz­ma­ğı öy­rə­nən hər bir şa­gir­də Döv­lət və Mil­lət üçün ne­cə ya­rar­lı ol­maq gə­rək­di­yi­ni öy­rət­sin. Biz mən­sub ol­duq­la­rı si­nif­dən ası­lı ol­ma­ya­raq, ka­sıb va­li­deyn­lə­rin is­te­dad­lı öv­lad­la­rı­nın döv­lət he­sa­bı­na oxu­dul­ma­sı­nı tə­ləb edi­rik.

21. Döv­lət ana­nı və kör­pə­ni qo­ru­ma­ğa, uşaq əmə­yi­nin is­tis­mar olun­ma­sı­nın qar­şı­sı­nı al­ma­ğa, gənc­lə­rin fi­zi­ki sağ­lam­lı­ğı­nın qey­di­nə qal­ma­ğa tə­mi­nat ver­mə­li­dir.

22. Biz muzd­lu or­du­nun ləğ­vi­ni və xalq or­du­su­nun qu­rul­ma­sı­nı tə­ləb edi­rik.

23. Biz əv­vəl­cə­dən ha­zır­lan­mış si­ya­si ri­ya­kar­lı­ğa və onun mət­bu­at­da yer al­ma­sı­na qar­şı hü­qu­qi sa­vaş tə­ləb edi­rik. Al­man mil­li mət­bua­tı­nın ya­ran­ma­sı üçün tə­ləb edi­rik:

a. Al­man di­lin­də çı­xan qə­zet­lə­rin re­dak­tor­la­rı və tə­sis­çi­lə­ri mil­lə­tin üz­vü ol­ma­lı­dır­lar.

v. Döv­lə­tin ica­zə­si ol­ma­dan heç bir qey­ri-al­man qə­ze­ti çı­xa bil­məz və on­lar al­man di­lin­də çap olun­ma­ma­lı­dır­lar.

s. Qey­ri-al­man­la­rın al­man qə­zet­lə­ri­nə mad­di tə­sir gös­tə­rə bil­mə­si qa­nun­la qa­da­ğan olun­ma­lı­dır və bu qa­nun po­zul­du­ğu hal­da, hə­min qə­zet bağ­lan­ma­lı, ci­na­yət­kar qey­ri-al­man sür­gün olun­ma­lı­dır. Mil­li ma­raq­la­ra ca­vab ver­mə­yən qə­zet qa­da­ğan olun­ma­lı­dır. Biz mil­li mə­də­niy­yə­ti­mi­zi məhv edən­lə­rə, sə­nət­də və ədə­biy­yat­da mil­lə­tin ru­hu­nu po­zan­la­ra qar­şı ci­na­yət tə­qi­bi açıl­ma­sı­nı tə­ləb edi­rik.

24. Biz döv­lə­tin təh­lü­kə­siz­li­yi­nə və al­man mil­lə­ti­nin mə­nə­viy­ya­tı­na zə­rər vur­ma­yan bü­tün din­lə­rin azad­lı­ğı­nı tə­ləb edi­rik.

25. Biz bu proq­ra­mın hə­ya­ta ke­çi­ril­mə­sin­dən öt­rü Reyx üçün mər­kəz­ləş­di­ril­miş güc­lü döv­lət ha­ki­miy­yə­ti tə­ləb edi­rik.

Nərgiz NƏNƏ

 


Bu xəbərləri də oxu

Rusiyada məktəblilərə növbəti hücum - Balta ilə məktəbə gəldi 7 nəfəri yaraladı - VİDEO

Britaniya parlamentinin deputatı canlı efirdə yatdı, sonra isə... - VİDEO

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Oxunma sayı:

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ