19 Yanvar 2018
Cümə

Metohəssalara böyük təhlükə - Bu il daha çox...-VİDEO - VİDEO

Texnologiya      08.01.2015 14:02

2015-ci il günəş fəallığının ən çox yaşanacağı illərdən olacaq. Amerika Birləşmiş Ştatlarının Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi - NASA –dan verilən məlumata görə, bu yer atmosferinə böyük miqdarda günəş küləyinin daxil olması ilə nəticələnəcək. Bu isə öz növbəsində meteohəssas  insanlarda tez-tez narahatlıq yaradacaq.

Qeyd edək ki, bu aktivlik ötən ilin oktyabrında Günəşdə meydanan gələn və yerdən 10 dəfə böyük nəhəng ləkələr hesabına baş verəcək.

Bəs günəş fəallığı hansısa fəsadlara yol aça bilərmi? Alimlər bildirirlər ki, 1947-ci ildə baş verən günəş aktivliyi yer kürəsində dəhşətli quraqlığa səbəb olub. Alimlər bildirirlər ki, günəş aktivliyi vulkanların da fəallaşmasına gətirib çıxarır. Bundan başqa yerin süni peyklərinin işində problemlər yarana bilər ki, bu da internet şəbəkəsinin işləməməsi ilə nəticələnər.

Alimlər həmçinin bildirirlər ki, günəş aktivliyi ketdikcə daha da güclənir. Belə ki 17-19-cu  əsrlərdəki günəş fəallığının dövrümüzdəki ilə eyni olmadığı irəli sürülür.  Qeyd edək ki, günəş fəallığına səbəb olan günəş ləkələri günəşin səthində maqnit sahəsinin təsiri altında dağılmaya məruz qalmış sahədir. Onun temperaturu ətrafına nisbətən soyuq olduğu üçün həmin səth qara ləkə formasında görünür. 

ATVxəbər.az


Bu xəbərləri də oxu

Rusiyada məktəblilərə növbəti hücum - Balta ilə məktəbə gəldi 7 nəfəri yaraladı - VİDEO

Britaniya parlamentinin deputatı canlı efirdə yatdı, sonra isə... - VİDEO

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ