17 Yanvar 2018
Çərşənbə

“İnstaqram”-da daha bir - YENİLİK - VİDEO

Texnologiya      08.12.2016 10:14

“İnstaqram” daha bir yeniliyi ilə  istifadəçilərini sevindirib. 

ATV.az xəbər verir ki,  bundan sonra yazılan şərhləri də bəyənmək mümkün olacaq.   Belə ki, öz səhifənizdə və ya istənilən istifadəçinin səhifəsində yazılan şərhləri bəyənə bilərsiniz. Hətta  şərh bölməsini bağlamaq mümkündür.  

Bir başqa yenilik isə artıq  İnstagramda da paylaşımların altındakı  şərhləri eynən Facebook və Twitter-dəki kimi like etməyin mümkün olmasıdır.

Qeyd edək ki, bir müddət əvvəl İnstagram sosial şəbəkəsinin əməkdaşları yardım funksiyasını tətbiq edəcəkləri barədə məlumat vermişdilər. Funksiyanın özəlliyi ondan ibarətdir ki, əgər instagram istifadəçisi izlədiyi şəxslərdən birinin bədbin statusuna rast gələrsə, dərhal bu haqda sosial şəbəkə administrasiyasına məlumat verə biləcəklər. Bu zaman statusu paylaşan həmin şəxslə əlaqə qurularaq ona psixoloqla danışmaq, öz problemlərini onunla bölüşmək təklif olunacaq.

Nigar RƏHİMQIZI / ATV.az

 


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ