17 Yanvar 2018
Çərşənbə

“WhatsApp”-dakı - bu yenilik ürəyinizcə olacaq

Texnologiya      08.12.2016 10:36

“WhatsApp” messenceri üçün yenilənmə işə salınıb.

ATV.az-ın məlumatına görə, bu yenilik sayəsində artıq “WhatsApp”a göndərilən videolara baxmaq daha rahat və qənaətcil olub. Əvvəllər istifadəçilər videoya yalnız yüklədikdən sonra baxa bilərdilər. Yenilikdən sonra isə istifadəçilər artıq videoçarxlara axın rejimində baxa biləcəklər. Bu o deməkdir ki, artıq videofayla yüklənmə zamanı da baxmaq mümkün olacaq.

“WhatsApp” komandası çoxsaylı xahişdən sonra bu məsələni nəzərə alıb.

Qeyd edək ki, yenilənmə “Android” cihazları üçün nəzərdə tutulub. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin “İOS” və “Windows” əməliyyat sistemlərində işə düşəcəyi gözlənilir.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ