17 Yanvar 2018
Çərşənbə

Gələcəyin “ağıllı” otelləri - Müştərilərə yuxu seçmək imkanı verir...

Texnologiya      14.12.2016 21:34

İllər sonra otellərə addım atdığınızda tamamilə fərqli xüsusiyyət və qeyri-adi xidmət anlayışı ilə qarşılaşacaqsınız. Mütəxəssislər bununla bağlı bəzi ipucularını veriblər.

İlk olaraq müştərilərin ixtiyarına robot köməkçilər veriləcək. Dilinizdə danışacaq, ağlınızda olan bütün suallara cavab verə biləcək bu robotlar sizi hava limanında qarşılayacaq, oteldə bütün işlərinizdə köməyinizə gələcək, hətta istədiyiniz təqdirdə dostluq dəstəyi belə verəcəklər.

Bir başqa özəllik isə otel otaqlarının bir neçə dəqiqəyə istədiyiniz tərzdə dizayn edilə bilməsidir. Məsələn, xəyalınızdakı və ya secdiyiniz bir filmdəki mühiti otel otağınızda görə biləcəksiniz.

Yuxu seçimi... Qəribə səslənsə də, otel müştəriləri bu xidmətdən də istifadə edə biləcəklər. Texnologiyanın köməyi ilə otellər müştərilərinə onların istədiyi yuxunu görmələrinə şərait yaradacaq. İstəyinizə uyğun olaraq yuxuda kosmosa səyahət edə, romantik bir mühitdə əyləşib dincələ də biləcəksiniz.

Bunlar da son deyil. Ən maraqlısı budur ki, gələcəkdə otel restoranlarında sizin DNT analizinizin nəticələrinə uyğun olaraq damaq dadınıza uyğun, ən çox sevdiyiniz yeməklər təklif olunacaq. Hətta analizlərə uyğun olarq sizin üçün özəl pəhriz və bəslənmə menyusu hazırlanacaq.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ