17 Yanvar 2018
Çərşənbə

"İnstagram"-da yenilik - "offline" olaraq da izləmək mümkün olur

Texnologiya      15.12.2016 10:37

İnstagram yeni təqdim etdiyi yenilənmə ilə istifadəçilərin bəyəndiyi paylaşımları yadda saxlamağa imkan yaradır. Bu xüsusiyyət necə çalışır?

Hər yeni gün Instagram yenilənməkdə davam edir. "Snapchat"-ın demək olar ki, bütün xüsusiyyətlərini özündə birləşdirən Instagram yeni bir xüsusiyyəti ilə istifadəçiləri sevindirəcək. Instagram-ın son yenilənməsi ilə gələn xüsusiyyət, istifadəçilərin daha sonra yenidən baxmaq istədikləri paylaşımları yaddaşda saxlayır. Belə olan halda həmin qeyd olunanı offline olaraq da izləmək mümkün olur. Qeyd edilən paylaşımlar, Instagram-da görünən yeni bir keçidin altında saxlanır.

İstifadəçi istədiyi vaxt bu keçidə keçid edib, paylaşımları offline izləyə bilir. Bir paylaşımı qeyd etmək üçün görüntünün sağ tərəfindəki işarətə klik etmək kifayətdir. Qeyd olunan paylaşımlar arasında videolar da yer alır. Əlbəttə ki, bu paylaşımları offline izlədiyiniz üçün edilən yeni rəylər görünməyəcək. Sözü gedən yeniliklər Instagram-ın 10.2  versiyasında geçərlidir. Bu yenilik ABŞ-da yaşayan istifadəçilərdən başlayaraq növbə ilə bütün dünyada aktiv hala gətiriləcək.


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ