17 Yanvar 2018
Çərşənbə

"Google”-nin hesabatı - Bu ilin ən çox axtarılanlar / SİYAHI

Texnologiya      23.12.2016 03:24

Ən böyük axtarış saytı olan “Google” illik hesabatını açıqlayıb.

ATV.az xəbər verir ki, "Google" dünyanın müxtəlif yerlərində yaşayan insanların ən çox axtardığı və maraqlandığı mövzuların siyahısını hazırlayıb.

Siyahının ilk pilləsində  “Powerball” lotereyasının adına rast gəlmək olar.  2016-cı ilin yanvarında “Powerball” lotereyasında cekpotun məbləği 1,5 milyarda yüksəlmiş və 3 oyunçu həmin məbləği qazanma imkanı əldə etmişdi. Məhz bundan sonra həmin lotereyaya maraq daha da artmış, onunla bağlı "Google"-də ard-arda axtarışlar verilib.

Müğənni və aktyor Prins 21 aprel 2016-cı ildə dünyasını dəyişdikdən sonra "Google"-də ən çox axtarılan adlar arasında yer alıb.

Ən çox axtarılanlar arasında üçüncü yerdə Metyu qasırğasının adı var. 28 sentyabr - 10 oktyabr arasında davam edən qasırğa yüzlərlə insanın ölümünə səbəb olub.

"Google"-də ən çox axtarılanlar arasında ilk onluqda pokemon, slither.io oyunu, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən olimpiya oyunları, bu ilin yanvarında dünyasını dəyişən britaniyalı rok müğənni Devid Boui, Donald Tramp, ABŞ-da keçirilən prezident seçkiləri və Hillari Klintonun adı yer alıb.

ATV.az 


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ