17 Yanvar 2018
Çərşənbə

Bu proqram ilə bütün şifrələri qırmaq mümkündür - Ehtiyatlı olun!

Texnologiya      17.12.2016 13:34

“Bu proqram ilə sevgilinizin “WhatsApp” mesajlarını oxuya biləcəksiniz”, yaxud da “bu proqram ilə bütün şifrələri qırmaq mümkündür”.

İnsanların şəxsi məlumatlarının ələ keçirilməsi istiqamətində internetdə kifayət qədər bu cür başlıqlarla yüklənilməyi gözləyən proqramlar mövcuddur. Həmin  proqramların istifadəsi əslində qadağan olunsa da, lakin bu gün də ondan istifadə edən insanlar var. Hətta bəziləri bundan qazanc mənbəyi kimi də istifadə edir. Belə ki, bəzi işbazlar müəyyən məbləğ qarşısında həmin proqramdan istifadə qaydalarını insanlara başa salmaqla pul qazanır. Hər iki halda, bu tipli proqramlar xeyirli deyil.

“Telefonunuza, yaxud da elektron ünvanınıza gələn "1 milyon udmusan, pul qazanacaqsan” kimi şirnikləndirici mesajlara daxil olmaq doğru deyil”.

Bunu ATV.az-a açıqlamasında Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“İnternetdə bizim cəsus adlandırdığımız insanları gizli izləmək, onların şəxsi məlumatlarını ələ keçirmək üçün istifadə olunan proqramlar mövcuddur. Bu proqramlar yazıldığı zaman kompüterimiz kənardan, başqaları tərəfindən idarə olunur.  Bu cür proqramların quraşdırıldığı kompüterə hansısa məlumat, yaxud da şəkil daxil etdiyimiz zaman o, başqa tərəfə ötürülə bilir. Bunun qarşısının alınması üçün bəzi təhülkəsizlik qaydalarına əməl etmək lazımdır. Eyni zamanda, xaricdə olan zaman elektron poçdan istifadə edərkən diqqətli olmaq tələb olunur. Komputerinizdə normal şifrələmə proqramlarından, güvənli şifrələrdən istifadə etməlisiniz. İstifadə edəcəyiniz proqramların güvənli olub-olmadığına əmin olduqdan sonra onu yükləməlisiniz. İnternetdən hər proqramı yükləmək düzgün deyil”.

Məsələnin hüquqi tərəfini izah edən vəkil Asif Abdullayev bildirdi ki,  Cinayət Məcəlləsinin 271.1.-ci maddəsinə əsasən, başqasının kompüterinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmağa görə - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, eyni zamanda vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “kompüter sistemi” dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür”.

Xəyalə Məmmədova /ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ