ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

"Facebook"dan möhtəşəm yenilik - Qrup video söhbətləri mümkün oldu

03:12

"Facebook"  "Messenger" xidməti üçün yeni bir xüsusiyyəti təqdim edib.

Facebook hər keçən gün yeniliklər etməkdə davam edir. Bu yeniliyin digərləri ilə müqayisədə daha çox diqqət çəkməsi gözlənilir.

Facebook artıq uzun müddətdən bəri qrup video söhbətləri üzərində işlər aparmaqda idi. Bu yenilik sayəsində 50 adam eyni zamanda video danışıq edə biləcək. Bu haqda məlumatı "The Verge" xeber saytı yayımlayıb. İstifadəçi bu xidmətdən çox asanlıqla yararlana biləcək. Bunun üçün qrup söhbətinə daxil olaraq, ekrandakı kamera işarəsinə klik edərək video söhbətə qoşula bilər. Bu arada həmin anda digər istifadəçilər də bir-birlərini görə bilirlər. Bu yeniliyin bir digər maraqlı tərəfi isə tətbiq sadəcə 6 nəfərin ekranda videosuna icazə verməsidir.

Bir digər tərəfdən 6 nəfər eyni anda danışarsa, onda ekrana yalnız səsi ən yüksək olan şəxsin səsi ötürülür. Əslində Messenger üçün bu yenilik bir qədər geçikmiş hesab oluna bilər. Belə ki, Google Hangouts və Microsoft Skype belə qrup video söhbəti üçün 10 nəfər limit təyin etmişdi. Messenger-ə isə belə qrup danışığı təqribən aprel ayında təqdim olunmuşdu. Həmçinin burda yalnız bir-bir danışıq mümkün idi. Bundan əlavə "Facebook"-un ən böyük rəqibi "Snapchat" video zəngləri bu il yayımlamışdı. Facebook-un tərkibində yer alan "WhatsApp" isə keçən ay bu yeniliyi istifadəçilərə təqdim etdi. Verilən məlumata görə istifadəçilər həmçinin video və audio istifadəsi zamanı yazı, stiker və digər animasiyalardan istifadə edə biləcəklər. Artıq yayımlanan yeniliyin qısa zamanda bütün dünyada aktiv hala gəlməsi gözlənilir.

Doğrusu, bu qədər şəxsin eyni anda necə video söhbət aparması hər kəs üçün maraqlıdır. Yenilənmə istifadə olunmağa başladıqda bunun haqda fikir bildirmək mümkün olacaq. /technote.az/


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
04.01.2017 03:12
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

REDAKTORUN SEÇİMİ