17 Yanvar 2018
Çərşənbə

Alternativ enerji mənbəyi - Alimlər külək generatorlarını okeanda yerləşdirməyi məsləhət görür

Texnologiya      10.10.2017 16:40

Dünyanı tükənməz enerji mənbəyi ilə təmin etmək insanlığın qarşısında dayanan ən böyük məsələlərdən biridir.

ATV.az saytı xəbər veriri ki, Proceeding of the National Academy of Sciences jurnalı bu problemin həlli yollarını göstərib. Bir qrup mütəxəssis iddia edib ki, Qrenlandiya adasının ərazisinin yarısı qədər okeanda quraşdırılan külək generatorları məsələni kökündən həll edə bilər. Alimlər hesab edir ki, quruda quraşdırılan generatorlar kifayət qədər küləklə təmin oluna bilmir. Buna səbəb isə planetin müxtəlif  yerlərində küləyin qeyri-bərabər paylanmasıdır. Amma okeanda. 3 milyon kv. km ərazidə quraşdırılacaq generatorlar dünyanın bütün elektrik stansiyalarını təmin edəcək. Buna səbəb isə okeanlarda küləyin quruya nisbətən 70% daha çox əsməsidir. Hələlik məsələ nəzəriyyə olaraq qalır. Səbəb, külək generatorlarının su üzərinə yerləşdirilməsinin çətinliyi və istehsal olunan enerjinin quruya tam çatdırılması məsələsində yaranan problemlərdir.

Rövşən Əliyev/ ATV.az        

 


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ