17 Yanvar 2018
Çərşənbə

“Olimpiada-2020” üçün robot köməkçilərin sınaqlarına başlanılıb

Texnologiya      09.11.2017 17:17

Tokioda keçiriləcək ХХХII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb.

ATV.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur. Eksperimentdə iştirak üçün Yaponiyanın beş aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.

Məlumata görə, robotların başlıca vəzifəsi xarici turistlərə yardım göstərməkdən ibarətdir. Onların hamısı yapon, ingilis, Çin və Koreya dillərində “başa düşür” və “danışır”. Hökumət ümid edir ki, olimpiada və paralimpiadada robot köməkçilərdən istifadə bütün dünyaya yüksək səviyyəli yapon texnologiyasının nümayişi üçün gözəl fürsət olacaq.

Yapon texnologiyalarının populyarlaşdırılması məqsədilə hökumət, həmçinin 2020-ci ildə Ümumdünya Robotlar Sammiti keçirməklə bağlı qərar qəbul edib. Tədbirdə robotlar dəqiqlik, sürət və iş keyfiyyət göstəriciləri üzrə yarışacaqlar.

Qeyd edək ki, ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.

Fuad Əliyev /ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ