17 Yanvar 2018
Çərşənbə

“Samsung” akkumulyatoru 12 dəqiqəyə enerji ilə dolduran qrafen kürəciklər yaradıb

Texnologiya      29.11.2017 12:30

“Samsung” şirkəti tərəfindən qrafendən istifadə nəticəsində hazırlanmış akkumulyator smartfonu 12 dəqiqə ərzində enerji ilə doldurur.

ATV.az xəbər verir ki, bu haqda “Financial Times” nəşri yazıb. Şirkət nümayəndələri bildirirlər ki, akkumulyatorun dolmasını beş dəfə sürətləndirən qrafen kürəcikləri uğurla sintez edilib. Bunun üçün adi litium-ion batareyaları üçün orta hesabla təxminən bir saat vaxt lazımdır.

Nəşr yazır ki, qrafen litium-ion batareyaları üçün alternativ qismində 2004-cü ildən nəzərdən keçirilir. Qrafendən hazırlanmış kürəciklər, həmçinin elektrik avtomobillərində tətbiq edilə bilər.

Qrafen qrafitdən əldə olunan karbon elementidir. O, elektrik enerjisini silisiumdan daha sürətli keçirir. Hesab edilir ki, qrafen gələcəkdə mikro və nanoelektronika sahələrində istifadə edilən əsas material olacaq.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Texnologiya

REDAKTORUN SEÇİMİ