17 Dekabr 2017
Bazar günü

Obama İranla razılaşmanı “tarixi hadisə” - İsrail isə “tarixi səhv” adlandırdı

03.04.2015 10:32

ABŞ prezidenti Barak Obama İranla əldə edilmiş razılaşmaya münasibət bildirib.

 O, İranla razılaşmanı “tarixi hadisə” adlandırıb.

Bildirib ki, bu razılaşma dünyada təhlükəsizliyə böyük töhfədir. Bu razılaşma ilə İranın nüvə silahına yiyələnə bilməsinin qarşısı alınır.

Obama qeyd edib ki, Tehran ən sərt nəzarətə razılıq verib: “Bu sazişlə İran dünyada istənilən başqa ölkədən daha çox təftişə məruz qalacaq. Bu, uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün çığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq.

Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yaılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”.

ABŞ prezidenti etiraf edib ki, İranın nüvə silahına sahib olmaq cəhdini dayandırmaq üçün onların gündəliyində hərbi müdaxilə variantı da olub. Lakin hadisələrin yekunu göstərdi ki, dinc danışıqlar yolu daha yaxşıdır.

Obama Konqresi İrana qarşı sanksiyaları götürməyə çağırıb. Bildirib ki, əgər İran razılaşmanı yerinə yetirməkdən boyun qaçırsa, onda sanksiyaları yenidən bərpa etmək mümkündür.

ABŞ prezidenti xəbərdar edib ki, sanksiyaların götürülməsinə razılıq verilməsə Yaxın Şərqdə daha bir müharibə ocağı yarana bilər və bunun məsuliyyəti Vaşinqtonun üzərində qalar.

İsrail hökuməti isə İranın nüvə proqramına dair danışıqlarda razılığın əldə olunmasını “tarixi səhv” adlandırıb.

“Əldə olunan razılaşma dünyanı daha təhlükəli edəcək”, - deyə France-Presse agentliyinin yaydığı məlumatda vurğulanıb.

virtualaz.org


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ