17 Dekabr 2017
Bazar günü

İranlı qadınlar tarixi anlaşmaya belə sevindi - VİDEO - FOTOLAR

03.04.2015 13:43

İranla “Böyük altılıq” ölkələri (Rusiya, ABŞ, Fransa, İngiltərə, Çin, və Almaniya) arasında bu günlərdə əldə edilən razılaşma qonşu ölkədə coşqu ilə qarşılanıb. 

Qafqazinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə insan küçələrə çıxaraq ABŞ və Avropa İttifaqının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasını qeyd ediblər. 

Qeyd edək ki, Lozannada “altılıq” arasında baş tutan danışıqların yekunu olaraq Tehranın ən iri  nüvə obyektləri 10 il ərzində fəaliyyətini dayandıracaq. Bunun müqabilində isə İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq. 

ABŞ prezidenti Barak Obama isə bu sazişi bir vaxtlar ABŞ-la SSRi arasında əldə edilən razılaşma ilə müqayisə edib və onu “tarixi” razılaşma adlandırıb.


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ