17 Dekabr 2017
Bazar günü

Təyyarənin qapısı havada açıq qaldı - 163 sərnişin... - VİDEO

06.01.2016 02:46

Cənubi Koreyada sərnişin təyyarəsinin ekipaj üzvləri qalmaqala səbəb olub. 

ATV.az xəbər verir ki, Sebu adasından havaya qalxan təyyarənin qapısının açıq olduğu üzə çıxıb. Pilotlar yarım saat sonra layneri geri döndərməli olub. 

Təyyarənin içində həvəskar kameradan lentə alınan görüntülərdə ön qapının tam bağlanmadığı əks olunur. Bu boşluq yüksək sürətlə uçan təyyarənin içində qulaqbatıran səs-küy yaradıb. Cənubi Koreya mediası hadisə baş verən vaxt təyyarədə 163 sərnişinin olduğunu yazır. 

Qapısı açıq qalan təyyarə xoşbəxtlikdən hər hansı fəsada yol açmayıb. Bununla belə, sərnişinlər güclü baş və qulaq ağrısı ilə üzləşdiklərini gizlətməyib. 

Təyyarənin məxsus olduğu hava yolu şirkətinin rəhbərliyi baş verən hadisəyə görə sərnişinlərdən üzr istəyib. Zərərçəkənlər bir neçə saat sonra başqa təyyarə ilə Busan şəhərinə yola salınıb. 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ