19 Yanvar 2018
Cümə

İrəvanda nə baş verir? - Jirar Səfilyan həbs olundu

Dünya      20.06.2016 16:25

Ermənistanın hüquq-mühafizə orqanları radikal müxalifət xadimi, Dağlıq Qarabağın işğalında fəal iştirak etmiş “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanı həbs edib.

ATV.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, Sefilyan qanunsuz silah əldə etmək, saxlamaq və daşımaqda ittiham olunaraq saxlanılıb.

Qeyd edək ki, bu şəxs 10 dekabr 2006-cı ildə tərəfdaşı Vardan Malxasyanla birlikdə dövlət hakimiyyətini güc yoluyla devirməkdə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək, il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən ilin aprelin 7-də isə Sefilyan 4 dostu ilə birlikdə insanları kütləvi iğtişaşlara cəlb etməkdə təqsirləndirilərək, həbs edilmişdi. Lakin bu kimi ciddi ittihamlara baxmayaraq, o 1 aydan sonra sərbəst buraxılmışdı.


Bu xəbərləri də oxu

Rusiyada məktəblilərə növbəti hücum - Balta ilə məktəbə gəldi 7 nəfəri yaraladı - VİDEO

Britaniya parlamentinin deputatı canlı efirdə yatdı, sonra isə... - VİDEO

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ