22 Noyabr 2017
Çərşənbə

ABŞ-da prezidentin kimliyi son günə qala bilər - Cəmi üç səs də yetər... - FOTOLAR

15.09.2016 17:10

“Washington post” qəzeti və “ABC News” kanalının ABŞ seçkilərindən öncə hazırladıqları ortaq  anketin nəticələri açıqlanıb. Hillari Klinton 5%-lıq səslə Donald Trampdan öndədir.

Noyabrın 8-də keçiriləcək ABŞ prezidentliyinə namizədlik uğrunda Amerika Birləşmiş Ştatlarının Demokratlar Partiyasının sabiq dövlət katibi Hillari Klinton ilə Respublikaçılar partiyasının namizədi Donald Tramp arasında rəqabət davam etməkdədir. 56-cı prezident seçkiləri əvvəlində hazırlanan anketdə 46 səs nisbətində 100-də 41% səslə Tramp Klintondan geridə qalır.

Keçən həftə isə “CNN” kanalı ilə “ORC” firmasının ortaq anketinin nəticəsində Tramp 100-də 45 %-lik səslə Klintonu 2% nisbətində üstələdi.

Son bir həftə ərzində təşkil olunan iki fərqli anketdə namizədlər arasındakı səs fərqi dəyişkəndir. Bu isə Klinton ilə Tramp arasındakı yarışın son günə qədər davam edəcəyini göstərir.

Üstəgəl, ötən həftə sonu 68 yaşlı Klinton 11 sentyabr hadisələrinə həsr olunmuş mərasimdə səhhətində yaranan problemə görə, iştirakını yarımçıq qoymalı oldu. Pnevmaniya diaqnozu qoyulan Demokratlar partiyasının liderinin Kaliforniya proqramı da xəstəliyi səbəbilə təxirə salındı.

Baş verən hadisələrin fonunda noyabrın 8-də Trampın son anda prezindet seçilməsi gözlənilirmi?

Mövzu ilə bağlı ATV.az-a açıqlama verən SAM eksperti Fuad Çıraqov bildirdi ki, əslində, prezident seçkilərinin nəticəsi hələ də sual altındadır. Yəni, hansısa namizədin qalib gəldiyini indidən əminliklə göstərmək olmaz:

“Bu dəfəki ABŞ seçkiləri istər bu ölkənin, istərsə də beynəlxalq münasibətlərin inkişaf istiqamətləri üçün həlledici məqam olacaq. Hər iki namizəd təkcə ölkədaxili deyil, eləcə də, xarici siyasət məsələlərində tamamilə fərqli fikirlərə sahibdirlər.

“CNN” və “Washington post” sorğularınn nəticələrində heç bir fərq yoxdur. Hər iki sorğunun nəticəsi onu göstərir ki, heç bir namizəd digərləri üzərində mütləq üstünlüyə malik deyil. Belə ki, bu cür sorğular bütöv əhalinin və seçicilərin fikrini deyil, yalnız sorğu üçün nəzərdə tutulmuş və seçilən qrupun mövqeyini əks etdirir. Bu cür sorğuların nəticələri üçün isə adətən 4-5% aşağı yuxarı texniki səhv nəzərdə tutulur. Real seçkilərdə isə təxmini olaraq hətta yeddiyə qədər fərq ola bilər. Yəni, hər iki sorğunun nəticəsi seçkilərin nəticələrinin qeyri-müəyyən olacağını göstərir.

Bu sorğu Hillarinin səhhəti ilə bağlı 11 sentyabr mərasimində ictimai şəkildə problemin görünməsindən əvvəl keçirilmişdi. Ona görə, hələ Hillarinin səhhətinin necə təsir edəcəyini demək çətindir. Böyük ehtimalla elə də əhəmiyyətli təsir olmayacaq. Digər tərəfdən Trump Hillarynin səhhəti məsələsinin mübarizə mövzusu kimi istifadə etməməyə çalışır, çünki onun təsiri ola bilər.

Qeyd edək ki, bu cür qeyri-müəyyənlik nisbi bərabər vəziyyət son namizədlərin müəyyən olmasından sonra dəyişməyən bir vəziyyətdir. Çünki son seçki yarışmasına 3-cü siyasi təşkilat Liberatarian partiyasının qoşulması 10%-ə yaxın səs toplması onsuz da qəliz olan mənzərəni daha da mürəkkəbləşdirib”.

Xəyalə Məmmədova /ATV.az


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ