19 Yanvar 2018
Cümə

Hindistanlılar yeni “Tanrı” tapdılar - Hamı ona səcdə edir - VİDEO

Dünya      09.11.2016 13:16

6 yaşlı uşağın qarşısında diz çökür, kömək etməsi üçün ona baş əyirlər.

Hindistanın Calandxar şəhərində yaşayan bir azyaşlı hər kəs tərəfindən tanrı kimi qəbul edilir. Qeyri-adi xarici görünüşə malik olan Pranşu adlı uşağın deformasiyaya uğramış kəlləsi onun fövqəl-insan olduğu ilə bağlı inancları ortaya çıxarıb.

Səhhətindəki problem onun fiziki qabiliyyətlərini də məhdudlaşdırıb. Yeriyə bilməyən 6 yaşlı Pranşunu ilahi varlıq kimi qəbul edən hindlilər onu “ Tanrı Qanişa” deyə çağırır.  Zəvvarlar bu uşağa rahat sitayiş edə bilsin deyə, Pranşu evlərinin yaxınlığındakı məbəddə sakinləri qəbul edir.

Pranşunun atası da övladının adi insan olmadığına inanır.  Öz övladına tanrı deyə sitayiş etdiyini gizlətməyən  Kamleş adlı şəxs deyir ki, kim Pranşunun qarşısında  baş əyib, ürəyində arzu tutursa istəyi  qısa zamanda gerçəkləşir.

Tanrı kimi qəbul edilən uşaq müayinə məqsədilə həkimə aparılsa da, hindli tibb işçiləri onun dərdinə əlac tapa bilməyiblər. Əlaqədar qurumlar uşağın anormal görünüşdə doğulmasını ekoloji çirklənmə ilə əlaqələndirirlər.

ATV.az


Bu xəbərləri də oxu

Rusiyada məktəblilərə növbəti hücum - Balta ilə məktəbə gəldi 7 nəfəri yaraladı - VİDEO

Britaniya parlamentinin deputatı canlı efirdə yatdı, sonra isə... - VİDEO

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ