15 Dekabr 2017
Cümə

İstanbulda qətliam törədən terrorçu - Sorğu-sual edilib buraxılıb / ŞOK İDDİA

07.01.2017 14:15

Yeni il gecəsi 39 nəfəri qətlə yetirən terrorçunun yeni videogörüntüləri üzə çıxıb.

ATV.az “Hürriyet”ə istinadən xəbər verir ki, qanlı hadisədən sonra lentə alınan videogörüntülərdə ərazidən uzaqlaşan şəxslərdən birinin hücumu təşkil edən terrorçu olduğu iddia edilir. Bildirilir ki, qətliamdan sonra silahlı gecə klubundan Ortaköy istiqamətinə hərəkət edərkən o, mülki geyimli polislər tərəfindən saxlanılıb. Onlar terrorçunun sağ əlindən xəsarət aldığını gördükdən sonra onun dinc sakin olduğunu düşünərək getməsinə icazə verib.

Asayiş keşikçiləri şübhəlini sorğu-sual edərkən terrorçunun digər əlinin daima cibində olması diqqət çəkib. Güman edilir ki, terrorçunun cibində silah və ya partlayıcı olub. O, polis tərəfindən təqib edilə biləcəyini nəzərə alaraq müqavimət göstərmək üçün hazırlıq görüb.

Anar Türkeş / ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ