17 Dekabr 2017
Bazar günü

Qəhrəman polisin son sözləri hamını kövrəltdi

07.01.2017 15:10

İki gün əvvəl İzmirdə törədilən terror aktı zamanı böyük qəhrəmanlıq göstərərək qətliamın qarşısını alan polis əməkdaşı Fethi Sekinin son sözləri hamını kövrəldib.

ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, asayiş keşikçisi yaralı vəziyyətdə belə ətrafdakı insanların təhlükəsizliyini düşünüb. Seki şəhid olmazdan əvvəl onun yanına ilk yaxınlaşan taksi sürücüsü olub. Sürücünün sözlərinə görə, yaralı polisə tibbi yardım göstərmək istərkən, asayiş keşikçisi ona bu sözləri deyib:

“Uzan, uzan, mövqe tut”.

Sürücünün özünü qorumasını istəyən Seki, bir neçə dəqiqə sonra şəhid olub.

Xatırladaq ki, Fethi Seki məhkəmə binasında qətliam törətmək istəyən terrorçulardan ikisini məhv edib. Son mərmiyə qədər silahlılarla üzbəüz mübarizə aparan asayiş keşikçisi, 3-cü terrorçunun açdığı atəş zamanı şəhid olub.

Anar Türkeş / ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ