12 Dekabr 2017
Çərşənbə axşamı

Tramp jurnalistləri sərt tənqid etdi - yalan məlumatlar yaydıqları üçün...

12.10.2017 10:05

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp yenə ölkə mətbuatını tənqid atəşinə tutub.

ATV.az  xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdonu  qəbul etdikdən sonra “ Ağ ev”də jurnalistlərin suallarını cavablandıran Amerika lideri mətbuat nümayəndələrini sərt şəkildə tənqid edib. O bildirib ki, jurnalistlərin yalan xəbərləri ürəyi istədiyi kimi, necə gəldi verməsi iyrənc bir şeydir. Tramp konkret olaraq ad da çəkib və bu ölkənin NBC telekanalını tənqid edib. O bildirib ki, NBC telekanalı onun haqda yalan xəbər yayaraq Trampın nüvə silahlarının sayının 10 dəfə artırılmasını istədiyini deyib. “Ağ ev” lideri qeyd edib ki, belə bir fikir ümumiyyətlə heç vaxt səsləndirilməyib: “Mən demişəm ki, biz əlimizdə mövcud olan nüvə silahlarını saz vəziyyətə gətirməli və onları bu halda saxlamalıyıq”-Sitatın sonu.

Fuad Əliyev/ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ