12 Dekabr 2017
Çərşənbə axşamı

"Milan"ın əfsanəvi futbolçusu - ölkə prezidenti oldu

12.10.2017 10:31

"Çelsi", "Mançester Siti" və "Milan"ın sabiq futbolçusu, "Qızıl top"un sahibi Corc Vea Liberiyanın prezidenti seçilib.

ATV.az Rusiya saytlarına istinadən xəbər verir ki, prezident seçkilərində Vea əsas rəqibi, vitse-prezident Cozef Bokayanı məğlub edib.

Xatırladaq ki 51 yaşlı Vea ilk dəfə Liberiyada 2005-ci ildə keçirilən seçkilərdə də iştirak edib.

O, həmin vaxt seçkilərin ikinci turunda 40 faizdən çox səs toplasa da, Elen Conson-Serlifə məğlub olmuşdu. Vea "Qızıl top" mükafatını 1995-ci ildə alıb.

O, 3 dəfə - 1989, 1994, 1995-ci illərdə də Afrikanın ən yaxşı futbolçusu seçilib.

ATV.az

 


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ