12 Dekabr 2017
Çərşənbə axşamı

ABŞ YUNESKO-nu tərk edir

12.10.2017 19:15

ABŞ yaxın günlərdə YUNESKO-dan çıxmasını elan etmək niyyətindədir. Bu barədə ATV.az "Reuters" agentliyinə istinadən məlumat verir.

"Reuters" agentliyinə məsələyə yaxın olan mənbə isə bildirib ki, bu, rəsmi məlumat olmasa da, doğru xəbərdir.

Ötən gün "Foreign Policy" jurnalı yazmışdı ki, YUNESKO-dan çıxmaq barədə qərar vəsaitlərə qənaət edilməsi və ABŞ hakimiyyətinin fikrincə, təşkilatda baş qaldırmış antiisrail fikirlərə etiraz məqsədilə qəbul edilib.

Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul edilməsindən sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina etmişdi.

ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ