15 Dekabr 2017
Cümə

ABŞ S-400 raketlərindən narahatdır - Türkiyəyə xəbərdarlığın mahiyyəti bəlli oldu

13.10.2017 13:59

Türkiyə və Rusiya arasında S-400 zenit-raket kompleksləri əldə etməklə bağlı anlaşma ABŞ-ın narazılığına səbəb olub. 

ATV.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib. Bununla belə Hatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. “ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.  

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ