15 Dekabr 2017
Cümə

Yunker: Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək

13.10.2017 14:40

“Əgər Kataloniya müstəqil olsa, digəriləri də onun kimi addım atmaq istəyə bilərlər.”

ATV.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Lüksembur Universitetində çıxış edərkən bəyan edib.

O deyib: "Əgər Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək. Bu, mənim xoşuma gəlmir".

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Kataloniyanın İspaniyadan ayrılmasını istəmir: "Mən bunu istəmirəm".

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.

Fuad Əliyev/ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ