ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Ordu Ilə peşmərgə üz-üzə - İddialar özünü doğrultmadı

17:50

İraq ordusunun Kərkük şəhərində nəzarəti ələ keçirmək üçün əməliyyatlara başladığı iddia edilir.

ATV.az Frans Press agentliyinin hərbi mənbələrə istinadən məlumat yaydığını bildirir. İddialara görə, hazırda hərbçilərlə Kərkükə nəzarət edən Peşmərgə dəstələri arasında məsafə bir neçə yüz metrdir.

Lakin tərəflər arasında toqquşmaların olduğuna dair məlumat yoxdur. Baş verənləri dəqiqləşdirən rəsmi Bağdad  məsələ ilə bağlı bu dəqiqələrdə açıqlama verib. Bildirilib ki, hələlik heç bir əməliyyatdan söhbət gedə bilməz. Bununla belə, peşmərgə komandanları qarşıdurmalardan yayınmaq üçün Kərkükdə bəzi məntəqələrdən çəkildiklərini bəyan ediblər. 

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.10.2017 17:50
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ