15 Dekabr 2017
Cümə

Türkiyə hərbçiləri İdlibdə - Xüsusitəyinatllar və zirehli texnika şəhərə daxil oldu

13.10.2017 17:37

Türkiyə ordusu Suriyanın İdlib şəhərinə daxil olub.

ATV.az bildirir ki, bu barədə Türkiyənin Baş Qərargahı açıqlama verib. Bildirilib ki, məqsəd Astanada əldə olunmuş razılaşmaya əsasən bölgədə atəşkəsi tətbiq etmək və insanlara humanitar yardımların çatdırılmasına şərait yaratmaqdır. Röyters agentliyi isə xəbər verir ki, İdlibə daxil olan hərbi karvanda 80 xüsusitəyinatlı və 50 zirehli texnika yer alıb. Yaxın saatlarla daha 40 zirehli texnikanın şəhərə girəcəyi gözlənilir. Xatırladaq ki, buna qədər Türkiyə ordusunun kəşfiyyatçı dəstəsi məlumat toplamaq məqsədiylə bölgəyə daxil olmuşdu.

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ