15 Dekabr 2017
Cümə

Amerikalı ailə 5 illik girovluqdan azad edildi - taliban silahlılarından xilas edildi

13.10.2017 16:31

Pakistanda Taliban silahlıları tərəfindən 5 ildir ki, girovluqda saxlanılan amerikalı ailə ötən gün azad edilib.  ATV.az  Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, sözügedən ailə və onların 3 azyaşlı uşağı heç bir xəsarət almadan terrorçuların əlindən xilas edilib. Taliban silahlılarına qarşı xilasetmə əməliyyatını isə Pakistan ordusu həyata keçirdib. Artıq Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp və Dövlət Departamentinin rəhbəri Reks Tillerson məsələylə bağlı bəyanat yayıb. Hər iki dövlət xadimi sözügedən ailənin azad edilməsini böyük hadisə kimi qiymətləndirərək bunun Amerika-Pakistan münasibətlərinin inkşafında əvəzsiz rol oynayacağını deyib.

Fuad Əliyev/ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ