15 Dekabr 2017
Cümə

Gürcüstan tarixində ilk dəfə - Bülletenlər Azərbaycan dilində çap ediləcək

13.10.2017 18:00

Oktyabrın 21-də Gürcüstanda keçiriləcək yerli idarəetmə seçkiləri üçün bülletenlər milli azlıqların dillərində də çap olunacaq. 

ATV.az bildirir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze APA-nın yerli bürosuna deyib. Onun sözlərinə görə, seçki bülletenləri gürcü-Azərbaycan və gürcü-erməni dillərində çap olunaraq milli azlıqların sıx yaşadıqları bölgələrə göndəriləcək. A. Mikeladze qeyd edib ki, MSK bəzi seçki məntəqələri üçün 3 dildə - gürcü, Azərbaycan və erməni dillərində bülletenlər çap etdirəcək: “Seçki bülletenlərinin çap olunması prosesinə hələ başlanılmayıb. Seçicilərin yekun siyahısı əldə olunandan sonra prosesə start veriləcək”. Qeyd edək ki, Gürcüstanda 3,4 milyon nəfərdən çox seçici var.

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ