ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edilib - Prezidentin seçilməsi proseduru dəyişir

18:15

Gürcüstan parlamenti prezident Giorgi Marqvelaşvilinin vetosunu aradan qaldıraraq Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib.
 ATV.az APA-ya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 117 , əleyhinə isə 7 deputat səs verib.
 
Yeni dəyişikliklərə əsasən Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.
 
 
 Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

ATV.az

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.10.2017 18:15
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ