22 Noyabr 2017
Çərşənbə

İranda dəhşətli zəlzələ - Təbii fəlakət qurbanlarının sayı 164-ə çatdı - FOTOLAR

13.11.2017 09:37

İran-İraq sərhəddində baş verən güclü zəlzələ qurbanlarının sayı durmadan artır. 

ATV.az Fars agentliyinə istinadən bildirir ki, Rixter şkalası ilə 7,2 bal gücündə hiss edilən yeraltı təkanların qurbanlarının sayı 164-ə çatıb. Episentri isə Kermanşah şəhərindən 104 km qərbdə, 10 km dərinlikdə olub. Əvvəlcə hakim dairələr 129 nəfərin ölümü və 1000-dən çox insanın yaralandığı barədə məlumatlar verirdi. Təbii fəlakət İraqda da fəsadsız ötüşməyib. Məlumatlara görə,  orada 6 nəfər həyatını itirib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb. Qeyd edək ki, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub. Hazırda bölgədə xilasetmə-axtarış əməliyyatı aparılır. Bildirilir ki, ölkənin strateji obyektlərinə, o cümlədən neft-qaz infrastrukturuna zərər dəyməyib.

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ