22 Noyabr 2017
Çərşənbə

İsraildən Səudiyyə Ərəbistanına təşəkkür - Nazir müftini ölkəsinə dəvət etdi

14.11.2017 15:20

Səudiyyə Ərəbistanının müftisi və Üləma heyətinin sədri Əbdüləziz əl Şeyxinin İsrail barədə açıqlamaları Təl-Əvivdə sevinclə qarşılanıb. Onun “Həmas”ı terror təşkilatı elan etməsi və İsrailə qarşı savaşın doğru olmadığı barədə fətvasına münasibət bildirən ölkənin informasiya naziri Eyub Kara müftiyə təşəkkür edib. ATV.az xəbər verir ki, əslən druz olan nazir sosial şəbəkələrdən birində qeyd edib ki, yəhudilərin öldürülməsini qadağan edən, “Həmas” ı terror təşkilatı görən və Əl-Əqsa məscidi ətrafında yaşananları demoqoqiya elan edən fətvaya Əl Şeyxi İsrailə dəvət edir. Eyub Kara şeyxin burda yüksək səviyyədə qarşılanacağını da sözlərinə əlavə edib. Qeyd edək ki, Səudiyyə şeyxi qatıldığı televiziya proqramlarından birində bu fikirləri səsləndirib. O, həmçinin “Hizbullah”a qarşı mübarizədə İsrailin yanında olduqlarını da əlavə edib.

Rövşən Əliyev/ ATV.az      


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ