22 Noyabr 2017
Çərşənbə

Marixuana atan top - Narkotik alverçilərinin əməliyyatı yarımçıq qaldı

15.11.2017 03:13

Meksika polisi marixunanı sərhəddin ABŞ tərəfinə atan əldəqayırma topu görəndə gözlərinə inanmayıb. 

ATV.az Meksika baş prokurorluğuna istinadən bildirir ki, hadisə Sonora ştatında, Aqua-Prieta şəhərində baş verib. Məlumatlara görə, uzunluğu 3,5 m və 500 sm kalibr çapında olan top kiçik yedəkli avtomaşına quraşdırılıb. Kompressorla təhciz edilən topun lüləsinə qoyulan “mərmiləri” isə ABŞ-ın Arizona ştatında yerləşən Duqlas şəhərinə səbirsizliklə gözləyənlər olub. Meksika polisi ümumi çəkisi 800 kq olan minə qədər marixuana “mərmisi” müsadirə ediblər. Bu topla neçə dəfə sərhəddən atış aparıldığı isə məlum deyil.

Rövşən Əliyev/ ATV.az      

 


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ