22 Noyabr 2017
Çərşənbə

Qazaxıstanın universitetində Azərbaycan dili tədris olunacaq

14.11.2017 21:24

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda Baş konsulluğun rəhbəri Elxan Zeynalov ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov arasında görüş keçirilib.

ATV.az xəbər verir ki, Baş konsulluqdan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsi, həmçinin Baş konsulluq ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələr əsasında Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Baş konsulluq tərəfindən yaradılmış “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin fəaliyyəti yüksək qiymətləndirilib, Baş konsulluq tərəfindən təsis edilmiş və hər il Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beş tələbəsinə Heydər Əliyev adına bir dəfəlik təqaüdün verilməsi rəğbətlə qarşılandığı və tələbələr arasında bir stimul yaratdığı vurğulanıb.

Görüşdə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsi, tələbə və pedaqoqların təcrübə mübadiləsinin aparılması, Azərbaycan ali təhsil müəssisələrindən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetdə mühazirələrin oxunması üçün pedaqoqların dəvət olunması məsələlərinin Azərbaycan Respublikasının müvafiq qurumları ilə razılaşdırılması qərara alınıb.

Görüşdə həmçinin Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”ndə nəzdində Azərbaycan dilinin tədris edilməsi, 2018-ci ildə universitetdən Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirin keçırılməsi razılaşdırılıb.

ATV.az

 


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ