12 Dekabr 2017
Çərşənbə axşamı

Rusiya və ABŞ arasında söz dueli - İŞİD-lə bağlı bəyanat qalmaqala səbəb oldu

07.12.2017 10:02

Suriya və İraqda İŞİD terror təşkilatının kökününü kəsilməsi ilə bağlı Rusiyanın bəyanatı qalmaqala yol açıb.

ATV.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə nazirliyi Suriyada İŞİD-in məğlubiyyətinə şübhə ilə yanaşan Pentaqon nümayəndəsinin bəyanatına cavab verib. Nazirliyin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib ki, İŞİD qruplaşmasının yaranması, İraq ərazisinə ekspansiyası və Suriya ərazisinə keçməsi faktiki olaraq Pentaqonun fəaliyyətsizliyi nəticəsində baş tutub. “Rusiyanın 2015-ci il, sentyabrın 30-dan etibarən həyata keçirdiyi hərbi əməliyyat sayəsində mümkün olub. Əgər söhbət İŞİD-in məğlub olunmadığından gedirsə, bu ABŞ-ın İraqda birbaşa məsuliyyət daşıdığı zonaya aiddir. Hansısa səbəblərdən illərlə başqasının gözündə tük axtaran ABŞ öz gözündə tiri görmür. Pentaqon nümayəndəsinin açıqlaması ABŞ hərbçilərinin qeyri-qanuni olaraq Suriyadan çıxmaması üçün bəhanədir”,-deyən general amerikalı həmkarlarını sözlərinə diqqət etməyə çağırıb. Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Suriya ərazisinin İŞİD terror qruplaşması silahlılarından tam azad edildiyini bəyan edib. Bundan sonra  Pentaqon nümayəndəsi Erik Pehon adıçəkilən bəyanatı şübhə altına alıb.

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ