12 Dekabr 2017
Çərşənbə axşamı

Saakaşvili barəsində axtarış elan edildi - Sabiq qubernator bir sıra əməllərdə təqsirli bilinir

07.12.2017 10:27

Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvi barəsində axtarış elan edib. 

ATV.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Saakaşvili cinayətə təşəbbüs etmək, cinayətkar dəstənin üzvlərinə yardım göstərmək və onların əməllərini gizlətməkdə təqsirli bilinir. Xatırladaq ki, ötən gün sabiq qubernator Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin az sonra o, tərəfdarlarının köməyi ilə azad edilib.

Rövşən Əliyev/ ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ