17 Yanvar 2018
Çərşənbə

Kiyevdə fövqəladə vəziyyət: kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıldı

Dünya      10.01.2018 23:00

Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyinin yayılması ilə bağlı şəhərdə kütləvi tədbirlərin keçirilməsi bir ay müddətində məhdudlaşdırılıb.

ATV.az xəbər verir ki, bunu yanvarın 10-da keçirilən mətbuat konfransında Kiyev şəhər Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik bildirib. Onun sözlərinə görə, Administrasiyanın qərarı müvafiq təşkilatlara göndərilib. 30 gün ərzində vəziyyət normallaşmasa, paytaxtda kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması müddəti artırılacaq.

N.Povoroznik, həmçinin qeyd edib ki, qızılcaya qarşı peyvənd olunmayan uşaqlar bağça və məktəblərə buraxılmayacaq.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən başlayaraq Kiyevdə 61 nəfərin qızılcaya tutulduğu aşkarlanıb. Onlardan 49-u uşaqdır.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ