17 Yanvar 2018
Çərşənbə

İrandakı iğtişaşlarda iştirak edən 70 nəfər azad edilib

Dünya      10.01.2018 23:23

Dekabrın 28-də İranın bir neçə şəhərində baş verən iğtişaşlar zamanı həbs olunanlardan daha 70 nəfəri bu gün azad edilib.

ATV.az xəbər verir ki, bu barədə İranın Baş prokuroru Abbas Cəfər Dövlətəbadi jurnalistlərə məlumat verib. O bildirib ki, araşdırma zamanı gənclərin aldadılaraq küçələrə çıxarılması müəyyən edilib.

Baş prokuror nəzərə çatdırıb ki, ciddi şəkildə aparılan istintaq günahkarlarla günahı olmayanları araşdıracaq.

İran mətbuatının məlumatına görə, iğtişaşlar zamanı 3 min 700 nəfər həbs edilib.

Prezident Həsən Ruhani də bəyanatla çıxış edərək deyib ki, İranda bütün dövlət məmurları tənqid oluna bilər. Onun sözlərinə görə, hökumət kütləvi aksiyalar keçirilməsinin əleyhinə deyil. Lakin ictimai və şəxsi əmlaka zərər vurulması, şəhərlərin dağıdılması yolverilməzdir.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ