17 Yanvar 2018
Çərşənbə

Culian Assanj Ekvador vətəndaşlığı alıb

Dünya      11.01.2018 12:05

“WikiLeaks” saytının yaradıcısı Culian Assanj Ekvador Respublikasının vətəndaşlığını alıb.

ATV.az xəbər verir ki, bu barədə Cənubi Amerikanın “El Universo” nəşri məlumat yayıb. 21 dekabr 2017-ci il tarixində Assanjın adına Piçinça vilayətinin kodu ilə Ekvador vətəndaşlığını təsdiq edən sənəd hazırlanıb. Respublikanın vergi xidmətinin saytında da təsdiqlənib ki, pasport tamamilə "WikiLeaks" təsisçisi ilə eyni məlumatlara sahib bir şəxsə məxsusdur. Ekvadorun Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bu məsələ ilə bağlı şayiələrə və təhrif olunmuş faktlara cavab verməyəcəklər. Assanj özü də bununla bağlı heç bir şərh verməyib. Lakin o, "Twitter “ səhifəsində Ekvadorun bayrağını əks etdirən sviterlə foto paylaşıb.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ