18 Fevral 2018
Bazar günü

Fələstin ABŞ-la əməkdaşlıqdan imtina edir - Mahmud Abbas Vladimir Putinə şikayətləndi

Dünya      13.02.2018 10:24

Fələstin ABŞ-ı Yaxın Şərq danışıqlarında yeganə vasitəçi rolunda görmək istəmir.

ATV.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Fələstinin lideri Mahmud Abbas bəyan edib. O, Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib ki, hazırda Amerikanın yaratdığı mövcud vəziyyətə əsaslanaraq deyə bilərəm ki, ən xırda nüanslar da daxil olmaqla biz amerikalılarla hər hansı əməkdaşlıq qurmaqdan imtina edirik. Belə ki, biz onların fəaliyyətinə qarşıyıq. Mahmud Abbasın sözlərinə görə,  əgər hansısa beynəlxalq təşəbbüs yaranarsa, Fələstinin xahişi ondan ibarətdir ki, elə bir mexanizm yaradılsın ki, ABŞ yeganə vasitəçi yox, qrup daxilində vasitəçilərdən biri kimi iştirak etsin. Fələstin lideri misal olaraq İranla əldə olunmuş razılaşmanı xatırladıb. Bildirb ki, məhz çoxtərəfli format sayəsində həmin danışıqların nəticəsi müsbət olub.

ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ