18 Fevral 2018
Bazar günü

İraq müharibəsinin fəsadları - İnfrastrukturun bərpasına 88 milyard dollar lazımdır

Dünya      13.02.2018 18:07

İraqda İŞİD terror qruplaşması ilə mübarizə nəticəsində dağılan infrastrukturu bərpa etmək üçün 88 milyard dollar lazımdır.

ATV.az BBC-yə istinadən xəbər verir ki, Planlaşdırma Nazirliyindən bildirilib ki, insanların rahat yaşamasını təmin etmək və vacib problemləri aradan qaldırmaq üçün ilk mərhələdə 22 milyard dollar tələb olunur. Digər problemlər isə ikinci mərhələdə yəni bir neçə ildən sonra aradan qaldırıla bilər. Qeyd edək ki, İŞİD terrorçuları ilə mübarizə zamanı ən çox ziyan Mosul əyalətinə dəyib. Bu bölgədə 12 minə qədər mənzil tamamilə dağılıb. 35 min evə qismən ziyan dəyib. Fəllucə şəhərində isə 40 min evə ziyan dəyib.

Anar Məmmədov/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ