18 Fevral 2018
Bazar günü

ABŞ-da “tozlu zərf” müəmması - Bu dəfə hədəf Barak Obama oldu

Dünya      14.02.2018 11:18

ABŞ-ın sabiq prezidenti Barak Obamanın ofisinə  içində naməlum ağ toz olan zərf göndərilib.

ATV.az Reuters-ə istinadən xəbər verir ki, polis , Federal Təhqiqatlar Bürosunun və ABŞ məxfi xidmətinin əməkdaşları,  hadisəylə əlaqədar əraziyə gəlib. Məktubun Honkonqdan gəldiyi və üstündə hansısa ünvanın yazılmadığı bildirilir. Təfərrüatlar hələ ki açıqlanmayıb, araşdırmalar davam etidirilir. Qeyd edək ki, ötən günhazırki prezident Donald Trampın gəlini, kiçik Donald Trampın həyat yoldaşı Vanessa içində ağ toz olan zərfi açdıqdan sonra xəstaxanaya yerləşdirilib. Lakin, maddənin zərərli olmadığı bildirilir.  “Nyu York Post” nəşri Kiçik Trampa ünvanlanmış məktubda təhqiramiz ifadələrin olduğunu təsbit edib: “Sən qorxunc insansan. Mən təəccüblənirəm ki, sənin atan necə icazə verir ki, televiziyada çıxış edəsən”,– deyə məktubda qeyd olunub.

Venera Məmmədova/ ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ