18 Fevral 2018
Bazar günü

Çavuşoğlu ABŞ-ı sərt tənqid etdi - “Türkiyə xalqı ABŞ-ı dost kimi görmür”

Dünya      14.02.2018 15:05

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu ABŞ-ı sərt tənqid edib.

ATV.az Anadolu-ya istinadən xəbər verir ki, nazir etiraf edib ki, Türkiyə Suriyanın şimalında “Zeytun budağı” əməliyyatına start verdiyi andan Birləşmiş Ştatlarla münasibətlərdə gərginlik müşahidə olunmaqdadır. Vaşinqtonun PYD-YPG silahlılarına münasibətinə görə Türkiyə xalqının Birləşmiş Ştatları dost kimi görmədiyini deyən diplomat, Vaşinqtonun vədinə sadiq qalmadığını bəyan edib. “ABŞ Türkiyənin tələblərini yerinə yetirməli, Suriyada PYD və YPG terrorçularına dəstəyi dayandırmalıdır. Yalnız bundan sonra iki dövlət arasında münasibətlərin normallaşması haqda danışmaq olar” – sitatın sonu.

Bəxtiyar Fətullayev/ ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ