19 Fevral 2018
Bazar ertəsi

Təfərrüatlar açıqlandı - Putin və Poroşenko nədən danışıb?

Dünya      14.02.2018 15:27

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Petro Poroşenko arasındakı telefon danışığının təfərrüatları məlum olub. 

ATV.az Pravda n\şrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov telefon danışığının fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutduğunu söyləyib: "Ukrayna prezidenti "An-148" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verdi. O, aviaqəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı istehsalçı zavodun xətti ilə əməkdaşlığa hazır olduqlarını bildirdi". D. Peskov qeyd edib ki, dövlət başçıları Minsk razılaşmasının həyata keçirilməsini, Donbasda əsirlərin dəyişdirilməsi ilə bağlı vəziyyəti də müzakirə ediblər. Xatırladaq ki, Putin və Poroşenko arasında telefon danışığı barədə ilk olaraq Ukrayna prezident administrasiyası məlumat yayıb.

Rövşən Əliyev/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ