21 Fevral 2018
Çərşənbə

Sindzo Abe Vaşinqtonu məyus etdi - “ABŞ razılığımız olmadan hərbi baza yarada bilməz”

Dünya      14.02.2018 19:27

“ABŞ Yaponiyanın razılığı olmadan bu ölkədə hərbi baza yarada bilməz”. 

ATV.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın baş naziri Sindzo Abe bildirib. O qeyd edib ki, Vaşinqtonla qarşılıqlı təhlükəsizliyə dair anlaşmada 6-cı maddə var. Orada qeyd olunub ki, amerikalılar Yaponiyada hərbi baza qurmaq istəyirsə, mütləq Tokionun razılığını almalıdır. Qeyd edək ki, ABŞ-ın hərbi obyektlərini yerləşdirmək istədiyi ərazilər arasında Rusiyanın nəzarətində olan mübahisəli Kuril adaları da var. Vaşinqton adaların qaytarılmasıyla bağlı Rusiya ilə Yaponiya arasında danışıqların başa çatmasını gözləyir. Lakin Abe əlavə edib ki, ABŞ-ın bu istəyi sözügedən danışıqlara da zərbə vura bilər.

Bəxtiyar Fətullayev/ ATV.az 


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Dünya

REDAKTORUN SEÇİMİ