22 Noyabr 2017
Çərşənbə

Neftin qiyməti: siyasət, yoxsa bazarın tələbi?

10.09.2015 14:12

Neftin qiymətinin enməsi bir çox ölkələrdə iqtisadi böhranla müşahidə olunur. Daha çox inkifaş etməkdə olan və neft ixrac edən ölkələr dərin böhranla üz-üzə qalıb. Lakin neft qiymətinin düşməsinə rəğmən OPEK təşkilatına üzv ölkələr neft hasilatını aşağı salmır. Neftin qiymətinin dəyişməsi iqtisadi məsələdirsə və qiymət bazar qiymətləri ilə tənzimlənirsə, məntiqlə hasilat aşağı düşməli idi. Lakin neft ixracatında liderlik edən Səudiyyə Ərəbistanı və digər ölkələr neft hasilatını aşağı salmaq barədə düşünmür.

Ötən əsrdə ABŞ-Sovetlər münasibətinə baxsaq, görərik ki, ABŞ Səudiyyə Ərəbistanının yardımı ilə bazarda neft hasilatını artıraraq neftin qiymətini aşağı saldı. Bu isə neft satışından asılı olan Sovetlər Birliyində iqtisadi böhrana səbəb oldu, böhran da  dərinləşərək Sovetlər Birliyinin dağılmasına zəmin yaratdı. İndiki dönəmdə də ABŞ-Rusiya siyasi maraqları toqquşub və bu iki qüvvə arasında mübarizə gedir. Mübarizə həm siyasi, həm hərbi, həm də iqtisadi sahələri əhatələyir. Rusiyanın qərb tərəfindən sanksiyalarla üzləşməsi və digər tərəfdən Ukraynadakı separatçılara, Suriyada Əsəd qüvvələrinə hərbi və humanitar yardım etməsi bu ölkə üçün ağır yükə çevrilib. Qərb də Rusiya iqtisadiyyatının birbaşa neftdən asılı olduğunu bildiyindən məsələni bir az da kəskinləşdirmək fikrindədir. Məsələn, İrana qarşı embarqonu aradan qaldırmaqla İran yenidən neft bazarına qayıtmış olur. Dünyada neft sərvətlərinə görə ilk siralarda yer alan İran, bazarda itirmiş olduğu  mövqeyini qaytarmaq üçün neft hasilatını artıracaq. Bununla da Qərb Rusiya neftindən asılılığını azaldacaq. Digər tərəfdən, dünya bazarında neft hasilatının artımı ilə yanacaq qiymətinin kəskin ucuzlaşması davam edəcək.

Məsələ ilə bağlı  ATV.az-a açıqlama verən ekspert Gulmira Rzayevanın sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi hal-hazırda neft bazarında təklifin tələbi üstələməsidir:

“Təklifin tələbi üstələməsinin başlıca səbəbi OPEK üzvlərinin neft hasilatını günü-gündən artırması və bazarda onlara məxsus yerin qorunub saxlanılması cəhdləriylə bağlıdır. Eyni şəkildə ABŞ və Afrika ölkələri ixracatçıları neftin hasilatını azaltmaq niyyətində deyil. Belə olan halda, dünyada neftə olan tələbat artmır, hətta azalır. Avropada nefdən istifadə azalır və daha çox alternativ və bərpa olunan enerjidən istifadəyə üstünlük verilir. Çində - dünyanın ən böyük neft idxalçısın da da iqtisadi artımın yavaşıması müşahidə olunur və bu da onun neft idxalı həcminə birbaşa təsir göstərir. Həmçinin, Hindistanda da neftin istehlakı proqnozlaşdırıldığı kimi artmır.

Bundan əlavə, bazara müəyyən siyasi hadisələr də psixoloji təsir göstərir. Bu isə Liviya və İraqda siyasi gərginlik və təbii ki, İran üzərindən sanksiyaların ləğv olunduqdan sonra əlavə həcmdə neftin ixrac edilməsiylə bağlıdır. Burada əsas problem ondan ibarətdir ki, İran bazarda itirilmiş mövqeyini bərpa etmək üçün neftini mövcud qiymətdən daha aşağı qiymətə sata bilər. Bu da qiymətlərə ikiqat mənfi təsir göstərəcək. Yuxarıda qeyd olunan səbəblərə görə, neftin qiyməti qısa və orta perspektivdə aşağı olaraq qalacaq, bu da müəyyən sıçramalarla müşayiət olunacaq. Cüzi artım ola bilər, lakin qiymət sonra dərhal daha aşağı enə də bilər. Paradoksal səslənsə də, neftin aşağı qiyməti neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, həmin ölkələr nefti almaq üçün daha az valyuta (dollar) xərcləyir ki, bu da ölkədə milli valyutanın məzənnəsinin qalxmasına səbəb olur. Belə olan halda, həmin ölkələr öz milli pullarının məzənnəsini sabit saxlamaq məcburiyyətində qalırlar ki, Milli Banklar külli miqdarda vəsaitin xərclənməsi məcburiyyətində olurlar”.

Orxan Muxtarlı

 


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

İqtisadiyyat

REDAKTORUN SEÇİMİ