18 Fevral 2018
Bazar günü

İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında - QEYD EDİB

Hadisə      30.01.2015 18:13

İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib.

APA-nın İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: “Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim assambleyanın soyqırımlara qarşı mübarizəsi yetərli olubmu? Bu mübarizə Bosniyadakı soyqırımın qarşısını almaq üçün kifayət qədər səmərəliydimi? Xocalıda insanların ölümünün qarşısını almaq üçün səmərəliydimi? Bəs Taliban tərəfindən əfqanların öldürülməsinin?! Bu gün bu mübarizə Suriyada yetərlidirmi? Nigeriyada “Boko Haram”ın törədiklərinin qarşısını almaq üçün kifayət edirmi? Biz həddən çox göz yaşı axıdır, amma az iş görürük”.


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Hadisə

REDAKTORUN SEÇİMİ